Bu marşrut avtobusları gecikir – SİYAHI

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, Bakı – Sumqayıt şosesi – Moskva prospektindən 20 Yanvar dairəsi – Tbilisi prospekti istiqamətində nəqliyyat sıxlığı ilə əlaqədar 2, 7A, 13, 14, 18, 29, 37, 65 ,67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə 20-yə yaxın avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edir.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Azadlıq prospekti – Binəqədi şosesindən Azadlıq m/st istiqamətində isə nəqliyyat sıxlığı səbəbindən 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətləri üzrə 10 ədədə yaxın avtobusun intervalında 13-15 dəqiqəlik gecikmələr yaranıb.