!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdi

!Reklam – Yazi

Bakıda 5 marşrut xətinin hərəkət sxemində dəyişiklik olunub.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, 15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkəti Qara Qarayev və Babək prospektlərindən keçməklə təşkil edilib.

70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib.

53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib.

33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib.

Bundan başqa, 78 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti bərpa edilib

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv