Bu marşrut xətti də “BakuBus”a verildi

“Ayşən-LTD” MMC-nin müvəqqəti istismarında olan 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi –“Koroğlu” NMM) sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, iyunun 15-dən bu xətt üzrə daşımalar “BakuBus” MMC-nin istismarında avtobuslarla həyata keçiriləcək və 10.000 nəfər yaxın sakini olan Bilgəh qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı yaxşılaşacaq.