Bəzi marşrut xətlərinin tarifində yenidən dəyişiklik edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərara əsasən, 501, 502, 503 saylı marşrut xətləri üzrə (Bakı-Sumqayıt) gediş haqqı 80 qəpik müəyyənləşdirilmişdi.
“Sakinlərin müraciəti nəzərə alınaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcılarla danışıqlar aparıldı və həmin tarifin müəyyən müddət üçün 60 qəpik qismində müəyyənləşdirilməsi təmin edildi”, – deyə qurum rəsmisi söyləyib.