“Xaliq Faiqoğlu” nəqliyyat şirkətinin “BakıKart” ödəniş kartını qəbul edən bütün marşrut avtobusları ödənişsiz “Wi-Fi” xidməti ilə təmin olunacaq.
Bu barədə Yenicag.az-a şirkətdən məlumat verilib.
Qeyd olunur ki, “Wi-Fi” xidməti ümumilikdə 9 marşrut üzrə hərəkət edən 164 avtobusda işə salınacaq.
Hazırda ödənişsiz xidmət 18, 65 və 85 saylı marşrutlarla hərəkət edən “Isuzu Citiport” markalı 3 avtobusda sınaq rejimində işə salınıb. Bu xidmət 52, 61, 79, 96, 135 və 199 saylı marşrut avtobuslarında tətbiq olunacaq.
Bu xidmətə qoşulmaq üçün ad, soyad, əlaqə nömrəsi və elektron poçt ünvanını göstərməklə qeydiyyatdan keçmək lazımdır.