!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu marşrutlardan istifadə edən sərnişinlərin nəzərinə: Sentyabrın 15-i...

!Reklam – Yazi

Hərbi paradla əlaqədar bəzi avtobusların hərəkət sxemi dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a bildirilib ki, 15 sentyabr – Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Belə ki, sentyabrın 15-də səhər saatlarından mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 53, 59, 61, 65, 88, 120, 175, 205 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

125 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar mərasim bitdikdən sonra sərnişinlərə xidmət göstərəcək.

www.yenicag.az

2263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv