!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu marşrutların hərəkət istiqaməti dəyişir

!Reklam – Yazi

14414342842551350399_1000x669“Formula-1” üzrə Avropa Qran-prisi yarışı ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində bu gün saat 24:00 –dan etibarən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nurida Allahyarovanın verdiyi məlumata görə, “Azadlıq” meydanından başlayaraq – A.Puşkin, Xaqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən, yol ayırıcları, yol qovşaqlarına məhdudiyyət tətbiq olunur.

Yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün nəqliyyat vasitələri Cənub tərəfdən – Ələt-Astara-Salyan yolunun 14 km-dən 20-ci sahə, Bayıl qəsəbələri, Bayraq meydanı, eləcə də Cavanşir körpüsü ətrafından Cənuba doğru gedən sürücülərin nəzərinə çatdırılır ki, alternativ variant olaraq, Afiyyədin Cəlilov–Yusif Səfərov, Yusif Səfərov–28 May küçələri kəsişməsindən, 10-cu zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsindən, Səməd Vurğun və Bülbül küçələrindən Fizuli küçəsi ilə kəsişən hissəsində istiqamət dəyişilir.

Bakı Nəqliyyat Agentliyi olaraq biz də “Formula-1” üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, “Avtomobilsiz 7 gün” devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır və ictimai nəqliyyatdan istifadəyə dəvət edirik.

Məhdudiyyət qoyulan yollar üzrə hərəkət edən marşrut xətlərinin siyahısı: 5-6-124-88-195-53

www.yenicag.az

899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv