Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi paytaxtda 104 nömrəli avtobus marşrutunun hərəkət sxemini dəyişdirib.

Bu barədə Yenicag.az-a Agentlikdən məlumat verilib.

Məlumata görə, İnqilab İsmayılov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 104 nömrəli müntəzəm marşrutun hərəkət sxemi təmir işləri yekunlaşana qədər alternativ yolla təşkil ediləcək.