Bu marşrutun hərəkət sxemi dəyişdiriləcək

Sabahdan Bakıda 4 nömrəli marşrutun hərəkət sxemi müvvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ilə Çernyayevski küçəsinin kəsişməsində aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır.