!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu marşurt xəttində avtobuslar yeniləndi - FOTO

!Reklam – Yazi

Bu gündən etibarən 39 nömrəli müntəzəm marşrut üzrə də sərnişinlərə müasir İsuzu markalı avtobuslarla xidmət göstəriləcək.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “Kral Transport” MMC tərəfindən 10 ədəd yeni sərnişin avtobusları gətirilib. “İsuzu Citibus” markalı avtobuslar “Avro 5” standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

“Avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Ümumiyyətlə isə, ötən dövrdə paytaxtımıza 200 ədəddən artıq müasir avtobus gətirərək istismara verib”, – BNA-nın məlumatında bildirilib.

www.yenicag.az

2463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv