Bu maşından dünyada bir dənədir – Onu da Ronaldo aldı

Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo 11 milyon avroya avtomobil alıb.

Yenicag.az xəbər verir ki, söhbət “La Voiture Noire” modelindən gedir.

“Bugatti” tərəfindən hazırlanan maşından sadəcə bir dənədir və yalnız Ronaldo üçün istehsal olunub.

Qeyd edək ki, sözügedən avtomobilin sürəti saata 418 km-dir.