!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu mədə dərmanları xərçəng yaradır

!Reklam – Yazi

Mədə turşuluğu çox olan və ya mədə müalicəsi alan insanların qəbul etdikləri Omez, Omeprazol kimi mədə dərmanları yəqin ki, çoxlarına tanışdır. Bu vasitələr mədə turşuluğunun azaldılması məqsədilə qəbul edilir. Onu da qeyd edək ki, bu preparatlar apteklərdə reseptsiz satılır. Mədə turşuluğundan əziyyət çəkən insanlar hətta həkim təyinatı olmadan da sərbəst şəkildə bu dərmanları alıb qəbul edirlər. 

Yenicag.az xəbər verir ki, mədə-bağırsaq traktı xəstə olan insanlarda mədə turşuluğunu azaldan dərmanlardan başqa sözlə desək, proton pompa ingibitorları (PPİ) demək olar ki, hər gün istifadə edirlər. London Universitetinin əməkdaşlarının bildirdiklərinə görə, uzun müddətli istifadə zamanı bu vasitələr mədə xərçənginə yoluxma riskini 100%-dək artırır.

Mədə xərçənginin Helikobakter pylori bakteriyalarının təsiri nəticəsində meydana çıxdığı məlumdur. Alimlər bu bakteriya aşkar olunan 63397 pasiyenti 3 preparatın köməyilə müalicə ediblər. Bu preparatlardan 2-si antibiotik, digər 1-i isə mədə turşuluğunu azaldan maddə olub. İnfeksiyanın izləri yox olduqdan sonra alimlər 7,5 il müddətinə xəstələr üzərində müşahidələr aparıblar.

Bu müddət ərzində xəstələrdən 3271 nəfəri turşuluq azaldan preparatları istifadə etməyə davam ediblər. Yerdə qalan 21729 nəfər isə alternativ vasitələrdən istifadə ediblər. Nəticədə 153 nəfərdə mədə xərçəngi inkişaf edib. Onlardan turşuluq azaldan dərman qəbul edənlərin sayı digərlərinə nisbətən 2.44 dəfə çox olub. Bu preparatların 3 ildən artıq qəbulu isə böyük fəsadlara gətirib çıxara bilər./medicina/

www.yenicag.az

4544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv