Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu media nümayəndələrinin namizədliyi qeydə alındı - FOTOLAR

Tanınmış jurnalist, “Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Bu haqda jurnalist Peyman Sadıqov yenicag.az-a məlumat verib.

Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacib idi. Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusəndə məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm.

Uzun müddət ölkənin tanınmış qəzet və jurnallarında hətta informasiya agentliklərində müxtəlif vəzifələrdə çalışmış Peyman Sadıqov həm bir jurnalist, yazar və ölkə başçısının “Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır” sözlərindən ilham alaraq, namizədliyini irəli sürmüş gənc kimi dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir: “İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.

***

DİA.AZ saytının Baş redaktoru Məhəmməd Ərsoyun namizədliyi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı açıqlama verən Məhəmməd Ərsoy bildirib ki, Prezident İlham Əliyevin çağırışı ilə vətənini, millətini sevən bir gənc olaraq yenidən namizəd olmaq qərarını verib:

“2005-ci ildə Mingəçevirdən 47 saylı dairədən deputatlığa namizəd olmuşdum. Böyük fərqlə hazırki deputat Aydın Mirzəzadəyə qalib gəlsəm də, qələbəm rəsmən tanınmadı. İndi isə yenidən seçkilərə qatılmaq qərarını verdim.

Nə 2010-cu ildə, nə də 2015-ci ildə namizəd olmadım. Çünki artıq seçki sisteminə inamım qalmamışdı.

Amma indi inanıram və Prezidentimin çağırışına söykənərək bu seçkilərdə yenidən 47 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm.

Ümid edirəm ki, 2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər”.

Loading...

www.yenicag.az

514
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100