Nikotin asılılığını azaltmaq prosesini yüngülləşdirən qida məhsullarının adları açıqlanıb.
Yenicag.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, sitrus bitkiləri siqaret çəkmək istəyini aradan qaldıra bilər.
Qreypfrut, portağal, limon kimi meyvələrdə olan turş dad C vitamini azlığının qarşısını alır. Qeyd edək ki, C vitamini orqanizmə nikotin daxil olarkən azalır.
Acı şokolad da siqaret çəkmək istəyini azalda bilir. Bundan başqa, nikotin azlığından əziyyət çəkənlər bu maddəni badımcan vasitəsilə əldə edə bilər. Mütəxəssislər qeyd edir ki, bu tərəvəzlərdə nikotin turşusu mövcuddur.
Zəncəfilin acı dadı da siqaret çəkmək istəyinin qarşısını alır. Belə ki, onun özünəməxsus dadını azaltmaq üçün bal və limonlar qarışdırmaq məsləhət görülür.
Tərkibində antibakterial sulforafan maddəsi olan brokkoli, gül kələmi və kolrabi də nikotindən asılılığın qarşısını almaqda kömək edir./Trend/