!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu məhsullardan gen-bol istifadə edin - B12 vitamini ilə ZƏNGİN QİDALAR

!Reklam – Yazi

B12 vitamini insan orqanizmində maddələr mübadiləsi və immun sisteminin güclənməsi üçün çox əhəmiyyətlidir.

B12 vitamini reproduktiv sağlamlığı təmin etməklə yanaşı, sinir zədələnməsinin qarşısını alır və yaddaşın güclənməsinə kömək edir. Hədsiz yorğunluqdan sonra yuxudan doymamaq, görmək istədiyimiz ən yüngül işlərə də həvəssiz yanaşmaq məhz orqanizmdə B12 vitamini çatışmazlığının əlamətidir.

Hətta hərəkətin çətinləşməsi, depressiya, həzm sistemində problemlər, bayılmalar getmələr, mədə bulanması, qusma, bağırsaqlarda köpün çoxalması, baş gicəllənməsi, ayaq üstə yatmaq, qara ciyərdə böyümə, gözdə zəiflik, hallüsinasiyalar, baş ağrıları, dildə infeksiya, narahatlıq, çətin nəfəs almaq, yaddaş pozuntusu, əsəb gərginliyi, ürək döyüntüləri, qan azlığı, qulaqlarda uğultu kimi narahatlıqlar da orqanizmdə B12 vitamininin tükənməsi nəticəsində yaranır.

B12 vitamini çatışmazlığından yaranan bu problemlərin vaxtında radan qaldırılması daha böyük fəsadlara yol aça bilər.

Yenicag.az B12 vitamini ilə zəngin olan qidaların siyahısını təqdim edir:

Süd, qatıq, toyuq, qaz və ördək yumurtaları, dana, qoyun və quzu ciyəri, balıq məhsullarından skumbriya, somon, ton və mavi balıq, xüsusilə, dana və quzu əti B12 vitamini ilə çox zəngindir.

Firuzə Alimova

www.yenicag.az

5894
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv