Bu məhsulları evinizdən kənar saxlayın – FOTO

Evinizidə hər gün istifadə etdiyiniz bir çox kosmetik və təmizləyici məhsulların risklərini bilirdinizmi?

Yenicag.az sözügedən məhsulları təqdim edir:

1. Ayaqqabı boyası – Dəri ilə təmasda olduqda zərərli təsir göstərir. Sprey boyalar yerinə süngər boyalara üstünlük verilməlidir.

2. Saç geli – Dəridə səpgilərə, dəri altında kapilyar qanaxmaya səbəb olur. Tərkibində ammonyak olmayan məhsullardan istifadə edin.

Evde saç jölesi nasıl yapılır? | Güzellik

3. Saç spreyi – Ağciyər və böyrək xəstəliklərinə səbəb olur.

4.  Maşın yağı – Qapıları yağlamaq üçün istifadə edilən bu yağlar tez alışan və zəhərlidir.

5. Dırnaq lakı və aseton – Yanan, zəhərli və dəri üçün qıcıqlandırıcıdır. Hamilə qadınlar istifadə etməməlidir. Toluensiz dırnaq boyaları daha az təhlükəlidir.

6. Ağartıcı məhsullar – Digər təmizləyici maddələrlə qarışdırıldıqda oksid qazı əmələ gəlir. Gözləri və dərini qıcıqlandırır. Əlcəksiz istifadə edilməməlidir.

7. Ev ətri – Ağciyərləri zədələyir. Təravətləndiricilər əvəzinə evi havalandırın.

8. Yapışqan – Yanan, partlayıcıdır, dərini və  gözləri qıcıqlandırır, qaraciyəri zədələyir.

9. Saç boyası – Gözlərdə və ağciyərlərdə qıcıqlanmaya səbəb olur. /unikal.az/

COP29