Ötən ilin dekabr ayında Bakı şəhərində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 101,5 faiz, 2022-ci ilin yanvar-dekabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 117,8 faiz təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən Yenicag.az-a verilən məlumata əsasən, 2022-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,4 faiz, 2022-ci ilin yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 109,5 faiz olub.