Bu məktəbdə telefon probleminə belə çarə tapıldı – VİDEO

Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Bu vaxta qədər qaydalar bilinsə də buna əməl olunmurdu.

Yenicag.az xəbər verir ki, artıq yeni tədris ilindən başlayaraq müxtəlif məktəblərdə bu qaydalara ciddi riayət olunmağa başlanılıb.

Pilot olaraq seçilən məktəblərdən biri də 193 nömrəli tam orta məktəbdir. Burada şagirdlər dərsdən öncə telefonu qutuya qoyur, dərs bitdikdən sonra geri götürür.

Şagirdlər artıq bu qaydalara öyrəşib. Bu qaydanın tətbiq olunması isə ən çox müəllimlərin ürəyincədir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

COP29