!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu məmurlar Prezidentin qarşısında cavab verməlidirlər”

!Reklam – Yazi

azerrrAzərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün strateji istiqamətlər üzrə problemləri və onların həlli yollarından danışdı.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev məsələyə münasibət bildirərək Cənab Prezidentin son çıxışının xalqın istək və arzularının ifadəsi olduğunu dedi. Prezidentin çıxışının Azərbaycanın yeni mərhələyə keçidi baxımından çox önəmli olduğunu deyən A.Verdiyev bu mərhələnin neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacağını vurğuladı: “Çox təəssüflə qeyd etməliyik ki, ölkədə bizdən asılı olmayan hər hansı iqtisadi çətinlik yaranarsa məsələyə dərhal birbaşa Prezident özü müdüxilə edir və problemin aradan qaldırılması üçün yerindəcə müvafiq tapşırıqlarını verir. Bəs o zaman bu nazirliklər, qurumlar, beyin mərkəzləri, qeyri-neft sektorunun inkişaf strategiyasına nəzarət edən qurumlar bugünə qədər hansı işləri görüblər? Prezidentin təşəbbüsü ilə qeyri-neft sektorunun inkişafı üçün xüsusi proqramlar qəbul olunub. Bu proqramlar zamanında səmərəli şəkildə tətbiq olunsaydı bugün ciddi uğurlar əldə edə, bəzi süni olaraq yaradılan iqtisadi problemlərdən yan keçə bilərdik. 2008-2015-CI İLLƏRDƏ YOXSULLUĞUN AZALDILMASI VƏ DAVAMLI INKIŞAF DÖVLƏT PROQRAMI, 2008-2015-CI ILLƏRDƏ  ƏHALININ ƏRZAQ MƏHSULLARI ILƏ ETIBARLI TƏMINATINA DAIR DÖVLƏT PROQRAMI, 2012-2020-CI ILLƏRDƏ AZƏRBAYCAN RESPUBLIKASINDA ÜZÜMÇÜLÜYÜN INKIŞAFINA DAIR DÖVLƏT PROQRAMI, AZƏRBAYCAN RESPUBLIKASI REGIONLARININ 2014-2018-CI ILLƏRDƏ SOSIAL-IQTISADI INKIŞAFI DÖVLƏT PROQRAMI və bu istiqamətdə qəbul olunan digər proqramlar məhz qeyri-neft sektorunun inkişafına və davamlılığına hesablanmış strategiya idi. Ötən illərin hesabatlarına baxsaq görərik ki, əksər nazirlər, komitə sədrləri 100 faiz iş icrasına nail olduqlarını deyirlər. Əgər işin icrası 100 faiz yox, heç olmasa 20-25 faiz yerinə yetirilsəydi bugünkü mənzərə ilə də qarşılaşmazdıq. Bu məmurlar Prezidentin qarşısında cavab verməlidirlər. Qeyri-neft sektorunun inkişafı ilə bağlı verilən bütün tapşırıqların icrası yoxlanılmalı, ayrılan vəsaitin hansı formada xərcləndiyini yəqinləşdirmək mütləqdir.

Məsələyə kompleks yanaşılmasının vacibliyindən danışan ekspert bank sektorunda ciddi islahatların aparılması, devolvasiya ilə əlaqədar sadə vətəndaşlara dəyən ziyanın minimuma endirilməsi, biznes mühitinin yaxşılaşdırılması, şərtlərin yumşaldılması, TENDER mühitinin şəffaflaşdırılması və imkanların genişləndirilməsi, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması, pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması, struktur islahatlarının həyata keçirilməsinin vacib olduğunu dedi: “Eyni zamanda çevik idarəetmə mexanizmlərinın yaradılması, lazımsız qurumların ləğv olunması, bütün iqtisadi və sosial əməliyyatların “ASAN”laşması, maliyyə vəsaitlərinin xərclənməsinə İctimai Nəzarətin gücləndirilməsi, regionlarda çevik sosial-iqtisadi islahlatların aparılması, mövcud problemlərin müəyyənləşməsi və onların həll edilməsi zəruridir. Bütün bunlarla yanaşı süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil, eyni zamanda cəza tədbirlərinin də görülməsi, ölkənin turizm potensialının yenidən nəzərdən keçirilməsi və inkişafı üçün konsepsiyanın yaradılması, xarici investorların ölkəyə cəlb olunması üçün münbit, güzəştli mühitin yaradılması, QHT-lərin yuxarıda sadaladığımız istiqamətlərdə fəaliyyətinin səmərələliyini artırmaq üçün beynəlxalq və yerli donorlardan qidalanmasının təmin edilməsi, regionların spesifikasına uyğun olaraq bəlli iqtisadi sahələrin inkişafı üçün güzəştli paketlərin hazırlanması, təhsil və Səhiyyə sistemində ciddi islahatların aparılması birmənalı şəkildə qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq”.

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv