Dinimizə görə yalan danışmaq böyük günahlardan sayılır. Allah təala mübarək kitabında və göndərdiyi elçisi hədislərində yalan danışmaqdan şiddətli şəkildə çəkindirmiş, yalançıların Cəhənnəmə olacaqlarını bildirmişdir. Allah Rəsulunun səlləllahu aleyhi və səlləmin əsas böyük tövsiyyəsi yalandan uzaq qalmaq haqqında olmuşdur.
Yadınızdadırsa bir vaxtlar Azərbaycanda evlərə guya Məkkədən hansısa şeyxdən gələn vərəqlər paylanırdı və həmin vərəqlərdə yazılırdı ki, bunu 10 nəfərə paylasan hansısa arzun həyata keçəcək. Həmçinin sonralar bəzi mobil operatorlarda belə bir yalan mesajlar yayılmağa başlandı. İndi isə artıq müasir dövrümüzün tələbinə uyğun verən facebook, whatsapp, instaqram kimi sosial şəbəkələrdə belə yalan xarakterli məlumatlar paylaşılır. Məsələn bu günlərdə facebookda bir dostumun belə bir sözləri paylaşmasını oxudum: “Ayətu Allah-l-uzma şeyx Vahid Əlxorasani: Məhərrəm ayının birindən ta aşuraya qədər hər gün 100 dəfə ixlas surısini oxuyub savabını imam Huseynə bağışlasan Allah tərəfindən böyük mükafatlar görəcəksən …bir şərtlə ki bu əməli başqaları ilə də paylaşən. Cəmi 10 dəqiqədə vaxtınızı alacaq”. Bunu paylaşan dostuma belə şərh yazdım: “Əlbəttə dinimizdə belə Quran oxuyub savabını ölüyə bağışlamaq ixtilaflıdır. Bu barədə bəzi alimlər Allah Rəsulu səlləllahu aleyhi və səlləmin belə etmədiyini deyiblər. Ancaq Allah Rəsulu qəbir üstünə gedəndə qəbirləri salamlayıb, onlara çoxlu dua etməyi bildirib. Dinimizdə hansısa imama və övliyaya 100 dəfə ixlas və digər surəli oxuyub bağışlamaq cəfəngiyyatdır. Çünki, şəriətdə bunu etməyə heç bir dəlil sübut yoxdur. Əksinə belə etmək bidər (dində yenilik) sayılır. Çəkinmək lazımdır. Salavata gəldikdə salavat peyğəmbərə, səhabələrinə, əhli beytinə ümumən şəriətimdə demək icazəlidir. Allah daha düzünü bilir”.
Bu tipli mesajlarda həm yalanlar çox olur, həm şəriətimizdə əsli olmayan, heç bir dəlilə-sübuta dayanmayan uydurma, cəfəngiyyat yalanlar paylaşılır, həmçinin deyilən və ürəkdə tutulan arzu və istəklər də yerinə yetmir. İslam dininə görə bu icazəli deyil. Əksinə insanları aldatmaq və maddi gəlir əldə etmək üçündür. Bu bəzi insanların maddi gəlir əldə etməsi üçün bir vasitədir. Xüsusi ilə bu sözlərdən əsasən sosial şəbəkələrdə və mobil operatorlarda istifadə olunur. Bunlar hamısı yalan sözlər və xəbərlərdir ki, bununla həm insanların cibinə girirlər, həm vaxtlarını alırlar, həm də onlara maddi zərər vurmuş olurlar. Belə olduğu halda bunun həm dünyəvi cəhətdən zərərlərindən başqa əsas da deyilən sözlər yalan sözlər olduğu üçün axirətə aid, şəriətə aid də bir çox zərərləri vardır. Çünki bu tuipli müsajlar insanlara ancaq zərər gətirən mesajlardır. Hər hansısa bir şəxsə dostu tərəfindən belə sözlər gəlsə həmin şəxs ən yaxşı halda dostuna bunu özünə göndərməi qadağan etsin, ona bunun heç bir əhəmiyyətinin olmadığını, dinimizə görə bu mesajları paylaşmağın icazəli olmadığını bildirsin. Bu mövzuya eyni zamanda hansısa mobil operatorun müxtəlif firmalarla bağladığı qeyri-qanuni müqavilələr və həmin firmalardan gələn müxtəlif mesajlar da aiddir. Belə hallarda həmin mobil operatorlar və onlarla müqavilə bağlayan firmalar vətəndaşların istirahət hüququnu, telefon nömrələrinin toxunulmazlıq hüququnu, vətəndaşın icazəsi olmadan onun nömrəsini başqa şəxslərə verməklə vətəndaşın bütün digər hüquqlarını pozmuş olurlar. Bu da dünyəvilik və dinimiz baxımından kiminsə haqqına irmək, onun hüququnu pozmaq deməkdir. Müsəlmanlar belə yalan mesajları paylaşmaqdan çəkinməli, onlara belə yazan dostlarını bu işdən çəkindirməli, haqq və hüquqlarının əlindən alınmasına şərait yaratmamalıdırlar.
Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru).