Bu məscidlərdə qanvermə aksiyaları keçirilir – 5 min insan… – SİYAHI/Yeniləndi

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyasında 5089 nəfər iştirak edib.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə bildirib ki, indiyədək 2291 litr qan toplanıb.

***

14:02

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Səhiyyə nazirliyi mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aksiyalar Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi ” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi” , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı ”və “İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonua “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi ”ndə, bölgələrdə isə Gəncə şəhəri “İmamzadə kompleksi” , Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi” , Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi”(mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu rayon Mərkəzi Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidində keçirilir

Aksiyalar səhər 9:00-dan başlanıb.

Saat 12:00-olan məlumata əsasən 3 min 189 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 1435 litr qan tədarük olunub.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Könüllü qanvermə aksiyaları axşam saatlarına kimi eləcə də Məhərrəmlik ayı boyunca davam edəcək.

 

COP29