!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu məsələdə cox diqqətli olmalıyıq” – Əflatun Amaşovdan MM-də xəbərdarlıq

!Reklam – Yazi

timthumbMilli Məclisin bu gün keçirilmiş iclasında “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Əflatun Amaşov çıxış edib.
Çıxışın mətnini təqdim edir:

“Hesab edirəm ki, televiziya və radio fəaliyyəti olduqca strateji sahədir və buna məxsusi yanaşılmalıdır. Yəni teleradio yayımı sahəsinə tətbiq edilən qayda ümumi qaydalardan fərqlənməlidir.

Bundan əvvəl teleradio yayımı fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Qanunun 1 saylı Əlavəsindəki siyahıya salındı. Məsələ muzakirə olunanda munasibətimizi bildirmişdik. Çünki o dəyişiklik hamıya imkan verirdi ki, İqtisadiyyat Nazirliyinə muraciət etməklə öz televiziya ve radiosunu yaratsın. Bu sahəyə nəzarət edən Milli Televiziya və Radio Şurası isə yalnız rəy verə bilərdi. O da muəyyən vaxtda baş tutmasa, lisenziya onsuz da verilirdi.
Ancaq indiki dəyişiklikdə teleradio yayımi fəaliyyəti Qanunun 1-ci Əlavəsindən, yəni ümumi fəaliyyət növlərini ehtiva edən siyahidan çıxarılır, 2-ci Əlavəyə, yəni dovlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilir.

Deməli, dəyişiklik cox düzgündür. Bununla bilavasitə əlaqədar orqan olan Milli Televiziya və Radio Şurasnın səlahiyyəti də bir növ bərpa olunur, tamlaşır. Bir daha qeyd edirəm ki, televiziya ve radio strateji sahədir, birbaşa dövlətimizin təhlükəsizliyi ilə bağlı sahədir. Ona görə də bu məsələdə cox diqqətli olmalıyıq. Mən hamını bu dəyişikliyə səs verməyə çağırıram”.

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv