!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu məsələlər İlham Əliyev və Putinin diqqət mərkəzindədir”

!Reklam – Yazi

trend_ali_hasanov_teqdimat_020616__(3)1477985446VII Azərbaycan-Rusiya regionlararası forumu iki ölkə arasındakı münasibətlərdə mühüm meydançadır.

Bunu jurnalistlərə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib: “Bu forum artıq 7-ci ildir keçirilir – bir il Rusiyada, bir il Azərbaycanda. Hər il bu foruma hər iki tərəfdən 500-ə qədər insan qatılır. Builki foruma da Rusiyanın fərqli subyektlərinin, o cümlədən mərkəzi hakimiyyət və nazirliklərin nümayəndələri qatılıblar”.

Prezidentin köməkçisi bildirib ki, forumda bütün sahələr üzrə iki ölkə arasında münasibətlərin geniş spektri – iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, ticarət, humanitar əlaqələr, gənclər arasındakı münasibətlər, iki ölkənin QHT-ləri və mediası arasındakı münasibətlər müzakirə olunacaq: “Bütün sahələr üzrə bir ildə görülmüş işlərə, o cümlədən ötən forumdan sonra qəbul olunmuş qərarların icrası ilə bağlı görülmüş işlərə dair hesabat yönlü çıxışlar olacaq”.

Ə.Həsənov əlavə edib ki, forumda, həmçinin qarşıdan gələn il üçün regionlararası əlaqələrin genişləndirilməsi sahəsində təkliflər müzakirə olunacaq: “Düşünürük ki, beynəlxalq münasibətlərin, regional münasibətlərin bügünkü vəziyyətində Rusiya ilə Azərbaycan arasındakı bu forum çox aktualdır və hər iki ölkənin xalqlarının maraqlarına cavab verir”.

O qeyd edib ki, Rusiya və Azərbaycan arasındakı əlaqələr getdikcə genişlənir, bu əlaqələr hər iki ölkənin dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin diqqət mərkəzindədir: “Çünki həm iqtisadi, həm siyasi, həm sosial, həm mədəni, həm də cəmiyyətlər arasında münasibətlər kifayət qədər intensivdir və bu intensivliyi nizamlamaq üçün belə forumlara ehtiyac var”.

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv