!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu məşhur restoranlarda pozuntular aşkarlandı

!Reklam – Yazi

Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.

Məlumata görə, 2022-ci il yanvarın 17-də ölkə üzrə 430 ictimai iaşə obyektində 768 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Qüllə küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Məzahir Fərman oğluna məxsus “Gulle Garden” restoranı;

2. Bakı şəhəri, Nizami rayonu, Qarayev prospekti 39 ünvanında yerləşən, hüquqi şəxs “Es-Er” MMC-yə məxsus “Biz-Bizə” restoranı;

3. Bakı şəhəri, Nərimanov rayonu, X. Şuşinski küç., ev 76 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rəşad Xanlar oğluna məxsus “Beyaz” restoranı;

4. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 26, m. 17/18 ünvanında yerləşən, fiziki şəxs Səlimzadə Nərminə Həsənağa qızına məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov küç., ev 148B ünvanında yerləşən, fiziki şəxs Xankişiyev Aslan Elman oğluna məxsus “Qoç ət” restoranı;

6. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 65 ünvanında yerləşən, fiziki şəxs Əmrullayev Qabil Fazil oğluna məxsus “Qağayı” çay evi.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv