Türkiyənin əsas siyasi qüvvələrinin 14 iyun seçkiləri üçün müəyyənləşdirdikləri namizəd siyahısında ciddi dəyişiklikllər var.
Yenicag.az xəbər verir ki, Türkiyə siyasi sistemini təşkil edən bu partiyaların millət vəkili statusunda olan bir çox nüfuzlu şəxslər “marafon”dan kənarda saxlanılıb.
Türkiyənin siyasi partiyaları iyunun 24-də keçiriləcək parlament seçkiləri çərçivəsində öz namizədlər korpusunu mayın 21-də Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.
Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan partiyaların (HDP xaric) namizədlər siyahısında müşahidə olunan sürpriz dəyişiklikləri diqqətə çatdırırıq.
Ədalət və İnkişaf Partiyası (AKP)
Hakim partiya mövcud millət vəkili korpusuna daxil olan 316 deputatından 149-nu “oyundankənar vəziyyət”ə salıb. AKP-nin indiki millət vəkillərindən baş nazirin müavini Mehmet Şimşek, maliyyə naziri Naci Ağbal, iqtisadiyyat naziri Nihat Zeybekci, elm, sənaye və texnologiya Faruk Özlü və Avropa İttifaqı ilə işlər üzrə nazir Ömer Çelik namizədlər siyahısına düşə bilməyiblər.
Onlardan başqa, president Rəcəb Tayyib Ərdoğanın müşavirlərindən olan Burhan Kuzu, son çıxışları ilə dövlət başçısını əsəbləşdirən Metin Külünk, o cümlədən, Şamil Tayyar, Mehmet Metiner kimi şəxslər də siyahıdan kənarda qalıblar.
Cumhuriyyət Xalq Partiyası (CHP)
Ana müxalifət CHP-nin namizədlər siyahısı da ciddi dəyişikliklərə məruz qalıb. Hazırda CHP-ni Məclisdə təmsil edən Eren Erdem, Haluk Pekşen, Mustafa Balbay, İlhan Cihaner, Hüsnü Bozkurt, Necati Yılmaz, Fikri Sağlar, Barış Yarkadaş kimi deputatlar növbəti dönəm üçün partiyaya lazım olmayıblar.
Maraqlıdır ki, CHP-nin prezidentliyə namizədi Muharrem İncəyə yaxın olan millət vəkilləri Namık Havutça, Rıza Yalçınkaya, Bülent Öz, Bülent Yener Bektaşoğlu, Mazlum Nurlu, Yakup Akkaya, Akın Üstündağ, Şerafettin Turpcu, Erdin Bircan da yenidən Məclisə düşmək şansı qazanmayıblar.
Onlardan başqa, Türkiyənin 2-ci prezidenti İsmet İnönünün nəvəsi Gülsün Bilgehan, Aytuğ Atıcı, Hüseyin Çamak, Bihlun Tamaylıgil, Dursun Çiçek, Ceyhun İrgil, Melike Basmacı və Dursun Çiçəyin qızı İrem Çiçek də “ofsayd”a salınıblar. CHP-nin Ankara Vilayət Təşkilatının sədrliyindən istefa verən Adnan Keskin, tanınmış jurnalist İrfan Değimenci, Umut Oran və Ferit Demir də eyni aqibətlə üzləşiblər.
Milliyyətçi Hərəkat Partiyası (MHP)
24 iyun seçkilərinə AKP ilə ittifaqda qatılan MHP də namizədlər siyahısına ciddi əl gəzdirib. MHP indiki millət vəkillərindən 13-nün yenidən namizəd olmasına ehtiyac görməyib. Mehmet Parsak, Oktay Vural, Ahmet Kenan Tanrıkulu, Seyfettin Yılmaz, Mustafa Mit, Mehmet Günal, Mehmet Necmettin Ahrazoğlu, Oktay Öztürk bu dəfə namizədlər siyahısına salınmayıbsa, partiya sədrinin sabiq müavini Şefkat Çetin, ötən prezident seçkilərində müxalifətin vahid namizədi olmuş Ekmeleddin Mehmet İhsanoğlu, Atila Kaya, Fahrettin Oğuz Tor, Zihni Açba namizədlik üçün müraciət etməyib.
İYİ Partiya
MHP-də ayrılan Meral Akşenerin tərəfinə keçərək, onun rəhbərliyi altında İYİ Partiyanın qurulmasında iştirak edən indiki və sabiq 12 millət vəkili – Şefik Çirkin, Yusuf Halaçoğlu, Özcan Yeniçeri, Mustafa Erdem, Nuri Okutan, Mustafa Erdem, Cihan Paçacı, Hüseyin Türkoğlu, Reşat Doğru, Ayhan Çevik, Ferhat Sevinç, Ramazan Mirzaoğlu namizədlər siyahısına daxil edilməyib.
A.Zeynalov