!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu “moyka”lar cərimələnəcək – VİDEO

!Reklam – Yazi

Həm piyadanın yolunu zəbt edir, həm suyu yola axıdır. İnsanların hərəkətinə mane olan bu cür avto yuma məntəqələri həm də yolun dağılmasına səbəb olur. Çünki kanalizasiya xətti olmadıgından su birbaşa yola axır.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar ekspert Azər Allahverənov açıqlamasında bildirib:

“Parla maşın yuyulur və bu par hər yerə səpələnir. Ordan keçən insanlar var həmin parla nəfəs alır. Maşın yuyarkən xüsusi məhlullardan istifadə olunur. Və par vuvarkən hava ilə zərərli maddələrin müəyyən bir qismi insanların tənəffüs sisteminə daxil olur”.

“Qapalı ərazi olmaldır. Nə səkini, nə də hər hansı bir digər hissəni zəbt etməməlidir. Su drenaj sistemləri vasitəsilə bir başa kanalizasiyaya axıdılmalıdır”, – ekspert qeyd edib.

AİB-in Sədri Eyyub Hüseynov da mövzu ilə əlaqədar deyib: “Avtomobil məntəqələrinə gedən sular hamısı içməli sudur. İçməli su dünyada çox defisit taplmayan bir şeydir. Lakin bununla avtomobil yuduzdurmaq çox böyük nadanlıqdır. Və təəssüflər olsun ki, bu biznes azərbaycanda genişlənib. Ona görə, mən AİB-in sədri olaraq daim yollar axtarıram ki, bu avtomobil yuma məntəqələrinin sayı azalsın”.

Ekspertlər hesab edir ki, suya qatılan təhlükəli maddəni küçəyə axıdanlar cəzasız qalmamalıdır. Elə qanun da bunu deyir. İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsində qeyd olunur ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2500 manatdan 4 min manatadək məbləğdə, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilir.

www.yenicag.az

12495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv