Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nazirlikdən açıqlama: "Bu müəllimlər imtahanda iştirak edə bilməyəcək"

“Bu il müddətli müqavilə ilə işləyən müəllimlərin işlədikləri məktəbdə daimiləşməsi məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanan müəllimlərlə 2018-2019-cu tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq. Bununla əlaqədar həmin müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər”.

Təhsil Nazirliyindən Yenicag.az-a bildirilib ki, mövcud qaydalara əsasən, ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi məqsədilə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmayıb: “Bu proses bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi mərhələsində onların əvvəlki illərdə keçirilmiş diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərdiyi nəticələr nəzərə alınacaq. Bu müsabiqə nəticəsində iş yerini dəyişmək imkanı əldə edən namizədlər təsdiq üçün zəruri sənədləri İnsan resursları mərkəzinə təqdim edəcəklər”.

Müsahibədə iştirak edən müəllimin iş yerini dəyişdikdən sonra bundan imtina edərək əvvəlki iş yerinə qayıda bilməsi məsələsinə gəlincə, Təhsil Nazirliyindən bildirilib ki, iş yerini dəyişmək hüququ qazanan namizəd müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçməlidir: “Qeydiyyatdan keçmək üçün müddət hər bir namizədin şəxsi səhifəsinə yerləşdiriləcək. Həmin müddət ərzində qeydiyyatdan keçməyən namizədin nəticəsi ləğv olunacaq və həmin namizəd əvvəlki iş yerində fəaliyyətini davam etdirə bilər”.

Bundan başqa, yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər 2018-2019-cü tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

www.yenicag.az

2325
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM