Bu müəllimlərə verilən kompensasiyanın məbləği artırılır

Azərbaycanda kənd yerlərində işləyən müəllimlərə verilən kompensasiyanın məbləği artırılır.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı məsələ “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsl müəssisələrini bitirmş 20 min nəfərə qədər gənc mütəxəssisin kənd rayonlarındakı ümumi təhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerlərinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 60 manatdan 90 manata (50% çox) çatdırılacaq.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisə daxil olub və komitə iclaslarında müzakirəyə çıxarılacaq.

Рейтинг@Mail.ru Яндекс.Метрика