!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu müəllimlərin ikinci iş yerində işləməsinə icazə verilmir

!Reklam – Yazi

Azərbaycanda yeganə olaraq, ibtidai sinif müəllimlərinin əvəzçilik qaydasında, ikinci iş yerində işləməsinə icazə verilmir.

Yenicag.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O deyib ki, mövcud qaydalara görə, əgər ibtidai sinif müəllimləri bir və ya iki məktəbdə ikinci sinifdə tədris aparacaqlarsa, buna yerli təhsil idarəetmə orqanları razılıq verməlidirlər. Bu kimi hallara ən ekstremal vəziyyətlərdə icazə verilir:

“Bunun üçün xüsusi tələbat olmalıdır. Ancaq hazırda kadr proseslərinin tənzimlənməsi zamanı o qənaətə gəlmək mümkündür ki, ölkənin istənilən bölgəsində məktəbləri ibtidai sinif müəllimləri ilə tam şəkildə təmin edə bilirik. Rus bölməsi istisna olmaqla, Azərbaycan bölməsində ibtidai sinif müəllimi çatışmazlığı yoxdur”./Trend/

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv