Bu müəssisələrdə xeyli məbləğdə ezamiyyə haqqı işçilərə verilməyib

Mədəniyyət müəssisələrində xeyli məbləğdə ezamiyyə haqqı işçilərə verilməyib.

Azərbaycan Maliyyə Nazirliyindən Yeniag.az-a verilən məlumata görə, bu fakt Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirləri nəticəsində aşkar olunub.

Azərbaycan Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələrində aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, ixtisas, qrup və fərdi məşğələlərin tədrisinə dair məşğələ jurnalları olmadığı və sinif otaqlarının sayı imkan vermədiyi halda, habelə məşğələ jurnallarında qeyd olunandan artıq dərslərin tədris edilməsi rəsmiləşdirilib, eyni gün və saatlarda eyni müəllimlər tərəfindən müxtəlif məşğələlərin tədrisi rəsmiləşdirilib, məktəblərdən xaric edilən uşaqların adları dərs jurnallarında saxlanılaraq onlara, habelə faktiki olaraq dərsə davamiyyəti olmayan şagirdlərə dərslərin deyilməsi sənədləşdirilib.

Bundan başqa, kitabxanalarda kitab verilişinin və oxucu sayının əsassız olaraq artırılması hesabına əməkhaqlarının aylıq ödəniş dərəcələrinin yüksək müəyyənləşdirildiyi və müxtəlif vəzifələr üzrə artıq ştat vahidlərinin saxlanıldığı, yararsız vəziyyətdə olan nəqliyyat vasitəsinə icbari sığorta üçün, habelə onun istismarı adı ilə yanacaq və ehtiyat hissələrinin alınmasına vəsait xərcləndiyi, işçiyə verilməsi sənədləşdirilmiş xeyli məbləğdə ezamiyyə haqqının faktiki olaraq işçiyə verilmədiyi, yeni alınmış və istismar müddəti başa çatmamış çoxlu sayda avadanlığın əsassız olaraq uçotdan silindiyi, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsinin həvalə edildiyi kimi nöqsanlara yol verilib.

COP29