Bu ildən Azərbaycanda kinematoqrafiya müəssisələrinin mənfəətinin 75 %-i vergidən azad edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 %-i 3 il müddətinə vergidən azad edilib.