Bu müğənnilərə Xəzər TV-də efirə çıxmağa qadağa qoyuldu – QƏRAR

Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib.

Yenicag.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Xalq artisti ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib.

M. Dadaşov aparıcıya verilişlərin keyfiyyətinin artırılmağı barədə göstəriş verib. Bununla bağlı “5-də 5” proqramı hazırladığı həftəlik planda dəyişiklik edərək ifaları ilə müzakirələrə səbəb olan ulduzlar siyahıdan çıxarılıb.

Hətta Zaur “5-də 5”in dünənki buraxılışında Dadaşovun sözügedən tapşırığı barədə danışıb:

“Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə söylədi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin”.

Həmçinin yeni kanal rəhbəri “Xəzər”in efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub.

COP29