!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın imperiya ambisiyası dünyanı ölümə sürükləyir: Aclıq, səfalət, çaxnaşma, iqtisadi çöküş... - ŞƏRH

!Reklam – Yazi

“Rusiya açıq-aşkar həm qonşulara, həm də dünyaya təhdid yaratmaqda davam edir. Proqnozlar heç də yaxşı şeylər vəd etmir”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsi fonunda dünyanı gözləyən aclıq və BMT-nin hesabatına görə, 70-ə yaxın ölkənin defolt olma təhlükəsi ilə üz-üzə qalmasını şərh edən sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirli bildirib ki, Ukraynada müharibə bir qədər də davam etsə, açıq şəkildə Üçüncü Dünya müharibəsinə, nüvə silahından istifadəyə gətirib çıxara bilər:

“Müharibə tez bir zamanda dayanmasa, milyonlarla insanın aclıqdan ölməsi, 70-ə yaxın ölkənin defolt elan etməsi proqnozu özünü doğrulda bilər. Davos forumunda Corc Soros da bu haqda fikir səsləndirmişdi.

BMT-nin inkişaf departamentinin rəhbəri açıqlayıb ki, 70-ə yaxın ölkədə fəlakətlər, çaxnaşmalar ola bilər. Bunlar təkcə pandemiyanın törətdiyi məsələlər deyil. Hər kəs etiraf edir ki, Rusiya həm də taxıldan müharibə silahı kimi istifadə edir. 20 milyon ton taxıl dünya bazarına çıxmaq üçün hazırlanmışdı, həmin taxıl blokadadadır və onun müəyyən bir hissəsini də Rusiya oğurlayıb.

Artıq Şri-Lanka özünü defolt edib. Defolt elan etmiş ölkələrə borc vermək dayandırılır. Sosial-iqtisadi inkişaf dayanır. Bunun fonunda da aclıq, ixtişaşlar baş verir. Artıq dünya üzrə qaçqınların sayı 104 milyonu ötüb. İnsanlar qaçanda daha çox sivil, stabil ölkələrə qaçırlar. Rusiyanın imperiya ambisiyası dünyanı ölümə sürükləyir”.

Səxavət Məmməd

www.yenicag.az

46538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv