Bu gün Şuşanın işğaldan azad edilməsilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Twitter” hesabında yazıb.
Yenicag.az xəbər verir ki, o paylaşımında bu sözləri qeyd edib:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli qürurumuz olan Şuşanın azad olunması haqqında verdiyi müjdə Böyük Qələbəmizi təmin edən tarixi hadisədir.
Yaşa, Cənab PREZİDENT!
Yaşa, Azərbaycan ORDUSU !
Gözün aydın, AZƏRBAYCAN!
ŞUŞA bizimdir!
Qarabağ Azərbaycandır!!!”