Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinə sayılı günlər qalır. Seçkilərlə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.
Müstəqillik dövründə sayca 7-ci dəfə keçiriləcək seçkilərdə yeni parlamentin daha çox yeni adlardan və gənclərdən formalaşacağına dair ümidlər var, lakin ölkədəki bütün seçki dairələri üzrə namizədlərlə təmsil olunan yeganə siyasi qüvvə yenə də Yeni Azərbaycan Partiyasıdır.
Seçkilərdə iştirak edən VI çağırış Milli Məclisin deputatları namizədlər siyahısında üstünlük təşkil edir. Namizədlər arasında ilk dəfə bu yarışa qatılanları nəzərdən keçirsək, bir sıra tanınmış adlara da rast gəlmək mümkündür. Amma siyahıda namizədlər arasında heç kimin tanımadığı, siyasi fəaliyyəti olmayan, ictimai fəallığı ilə seçilməyən namizədlər də yer alıb.
İşsiz, pensiyaçı, müəllim namizədlərin olması bu siyahını bir qədər də maraqlı edir.
Təbii ki, seçmək və seçilmək hüququ vətəndaşların Konsititusiyada təsbit olunmuş təməl hüquqları sırasına daxildir. Lakin Milli Məclis kimi ali qanunverici orqana bu ölkədə önəmli məsələləri həll edə biləcək mütəxəssislərə, iqtisadçılara, hüquqşünaslara və başqa bu kimi peşəkarlara ehtiyac var.
Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizdələrlə bağlı araşdırmanı təqdim edirik. Bu siyahıya Səbail, Binəqədi, Xəzər rayonu üzrə seçki dairələrindən araşdırmağa davam edirik.
7 saylı Səbail seçki dairəsi üzrə deputatlığa ən tanınmış şəxs, namizədliyini özü tərəfindən irəli sürmüş VI Çağırış Milli Məclisin deputatı Arpadarai Nigar Cavid qızıdır. Bu dairə adı tanınmayan şəxslər də var. Sözügedən dairə üzrə namizədliyini YAP-dan irəli sürmüş pensiyaçı Qarayev Əhliman Paşa oğlu, namizədliyini özü tərəfindən irəli sürülən, hazırda heç bir yerdə çalışmayan Əfəndiyev Elxan Şərif oğludur.
8 saylı Binəqədi birinci seçki dairəsi üzrə deputatlığa əsas namizəd, seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən VI Çağırış Milli Məclisin deputatı Quliyev Azay Əjdər oğludur. Bu seçki dairəsində də adı o qədər də tanınmayan, namizədliyi KXCP tərərfindən irəli sürülən pensiyaçı Əliyev Rəşid Ərşad oğlu, namizədliyi Musavat partiyası tərəfindən irəli sürülən, pensiyaçı Hacılı Mustafa Mustafa oğludur.
9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa əsas namizəd, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş VI Çağırış Milli Məclisin deputatı Qafarov Kəmaləddin Nəsrəddin oğludur.
Sözügedən seçki dairəsində də tanınmayan adlar var. Belə ki, namizədlikləri öz təşəbbüsləri tərəfindən irəli sürülən və heç bir müəssisədə çalışmayan Qədirov Mahir Rasim oğlu, Rəsulov Samir Əkbər oğlu və Süleymanov Toğrul Mahir oğludur.
10 saylı Binəqədi üçüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürülən, M.Ə.Rəsulzadə bələdiyyəsini sədri Hüseynov Hümbət Rəhim oğlu, namizədliyi BAP tərəfindən irəli sürülən BAP-ın sədri Musayev Elşad Nəbi oğludur. Bu seçki dairəsində də adı tanınmayan şəxslərdən namizədlikləri özləri tərəfindən irəli sürülən və hazırda heç bir yerdə çalışmayan Hüseynova Kübra Rasim qızı və İsayev Elnur Malik oğludur.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə deputatlığa iddiaçılardan biri namizədliyini YAP-dan irəli sürülmüş VI Çağırış Milli Məclisin deputatı Xasayeva Səbinə Səməd qızıdır. Sözügedən seçki dairəsindən də adı tanınmayan, namizədliyi özü tərəfində irəli sürülmüş və hazırda heç bir müəssisədə çalışmayan Cəfərov Tural Əkbər oğludur.
12 saylı Xəzər birinci seçki dairəsində namizədlərdən biri də namizədliyi özü tərəfindən irəli sürülən VI Çağırış Milli Məclisin deputatı Məmmədov Soltan Teymur oğlu, namizədliyi YAP tərəfindən irəli sürülən orta məktəb müəllimi Piriyeva Pərvanə Əlövsəd qızıdır. Bu seçki dairəsində də adı tanınmayan namizədlər var. Belə ki, siyahıda namizədliyi özü tərəfindən irəli sürülən pensiyaçı Səlimov Faiq Baba Əli oğlu, namizədliyi özü tərəfindən irəli sürülmüş və hazırda heç bir müəssisədə çalışmayan İbazadə Günay Əlövsət qızıdır.
Mövzunu davam etrdirəcəyik…