Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişikliklər edilib.
Yenicag.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərar əsasən, büdcədən maliyyələşdirilən qurumlar bölməsinə aşağıdakı məzmunda hissələr əlavə edilib.
“Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi;
“Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi;
“Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi;
“Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi;
“Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi;
“Tovuz Gənclər evi” sosial xidmət müəssisəsi;
“Gəncə Gənclər evi” sosial xidmət müəssisəsi;
“Şirvan Gənclər evi” sosial xidmət müəssisəsi;
“Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsi;
“Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi;
“Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi;
“Balakən Gənclər evi” sosial xidmət müəssisəsi”.
Bununla yanaşı, 50-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 51-58-ci hissələr əlavə edilib: “Qazax Olimpiya İdman Kompleksi” MMC, “Zaqatala Olimpiya İdman Kompleksi” MMC; “Şəki Olimpiya İdman Kompleksi” MMC; “Qusar Olimpiya İdman Kompleksi” MMC; “Abşeron Olimpiya İdman Kompleksi” MMC; “Ağcabədi Olimpiya İdman Kompleksi” MMC; “Buzovna İdman Zalı” MMC; “Bakı İdman Sarayı” MMC.”./Trend/