10
NASA-nın kosmik vasitəsi “Juno” Yupiterə çatmaq üçün 5 il yol gedib

Trend-in Sputnik-a istinadən verdiyi xəbərə görə, ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinə (NASA) aid kosmos vasitəsi “Juno” iyul ayında orbitinə girdiyi Yupiterdən bugünədək ən dəqiq görüntüləri göndərib.

Yupiterdən indiyə qədər alınan ən yaxın görüntüləri qiymətləndirən Amerikalı elm adamı Scott Bolton Yupiterin şimal qütb dairəsinin gözləniləndən daha fırtınalı olduğunu və planetin daha mavi göründüyünü söyləyib. Bolton bildirib ki, bu görüntünün Yupiter olaraq qəbul edilməsi xeyli çətindir. “Juno”nun göndərdiyi ətraflı görüntülər, daha əvvəl heç görmədiyimiz və xəyal etmədiyimiz şəkildədir. O, görüntülərdə buludların kölgələri olduğuna dair işarələrə diqqət çəkib. Günəş sisteminin ən böyük planeti Yupiterin sirlərini öyrənmək üçün 5 avqust 2011-ci ildə kosmosa göndərilən “Juno” 5 il davam edən səyahətdən sonra 5 iyulda Yupiterin orbitinə girmişdi. Sıx radiasiyaya dayanıqlı olmasına baxmayaraq bu kosmos vasitəsinin orbitə yaxınlaşması zamanı tədbir məqsəd ilə bağlanılan kamerası və avadanlığı, orbitə girdikdən bir neçə gün sonra təkrar açılıb. Beş illik müddətdə 2,8 milyard kilometr qət edən “Juno” 20 fevral 2018-ci ildə Yupiterin şiddətli atmosferinə düşüb yanaraq missiyasını tamamlayacaq.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."