ABŞ-nin Yuta ştatında nənə öz nəvəsini dünyaya gətirib.
Yenicag.az xəbər verir ki, 5 uşaq anası olan 56 yaşlı Nensi Hauk çərşənbə günü yenidən doğum edib.
Maraqlısı isə budur ki, o öz uşağını deyil, nəvəsini dünyaya gətirib.
Belə ki, Nensinin 4-cü nəvəsi dünyaya gələndə gəlininin rəhmi də götürülüb. Oğlu və gəlininin çoxuşaqlı ailə arzusunu yerinə yetirmək üçün Nensi daşıyıcı ana olmağa razılaşıb. Beləliklə, o, nəvəsini dünyaya gətirib.