Bu nəqliyyat vasitəsi ilə sərnişin daşımaq qadağan edilir

Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri müəyyən edilir.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün aşağıdakı vəzifələri vardır:

– kiçik elektrik nəqliyyat vasitəsi ilə sərnişin daşımamalıdır;
– kiçik elektrik nəqliyyat vasitəsini bu növ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerlərdə parklamalıdır;
– müəyyən edilmiş hərəkət sürəti həddini aşmamalıdır (velosiped yollarında saatda 20 kilometrdən çox olmayan, yaşayış zonalarında, park və həyət ərazilərində saatda 10 kilometrdən çox olmayan sürətlə hərəkət edilməlidir)./unikal