Bu ölkə 4 günlük iş həftəsinə keçdi – 35 saat iş, 3 gün istirahət

Danimarkanın Odsherred şəhər bələdiyyəsi 4 günlük iş rejiminə keçən ilk rəsmi qurum olub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxt Kopenhagendən 80 kilometr məsafədə yerləşən həmin bələdiyyənin 300 işçisi bundan sonra cümə günü də daxil olmaqla, həftənin 3 günü istirahət edəcək.

Bələdiyyənin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Kirsten Lund Markvardsen sözügedən qərarın bu həftə qüvvəyə minəcəyini bildirib. Yeni iş rejimiə keçməzdən əvvəl bu qayda 3 il ərzində sınaqdan keçirilib.

Bununla yanaşı, vətəndaşlar iş saatları və günlərindən əlavə bələdiyyə işçiləri ilə telefonla əlaqə saxlayaraq, problemlərini onlara deyə biləcəklər.

Markvardsenin sözlərinə görə, işçilər bundan sonra bir gün az işləsələr də, onlar həftədə 4 gün olmaqla 35 saat – səhər saat 7-dən axşam saat 7-yə qədər iş başında olacaqlar.

Firuzə Alimova

COP29