Bu ölkə COVID-19 sertifikatlarını ləğv etdi 

Bolqarıstanda ictimai tədbirlərdə və izdihamlı yerlərdə iştirak etmək üçün tələb olunan COVID sertifikatları ləğv edilib.

Yenicag.az xəbər verir ki, ölkədə ali təhsil müəssisələrinin tam iş rejimi bərpa edilib, lakin dərslərin keçirildiyi binaların mütəmadi olaraq havalandırılması və dezinfeksiya edilməsi tələbi qüvvədə qalır. Bundan əlavə, tələbələr və müəllimlərdən hələ də qoruyucu maskalar taxmaq tələb olunur.

Məhdudiyyətlərin aradan qaldırılması proqramı çərçivəsində sanitar orqanların növbəti tədbiri, martın sonuna planlaşdırılan məktəblilər üçün COVID üçün icbari test ləğv olacaq.

COP29