Bu ölkə də quru sərhədlərini açır

Qazaxıstan Rusiya, Özbəkistan və Qırğızıstanla quru sərhəd-keçid məntəqələrinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qərar bu il aprelin 11-dən qüvvəyəminəcək.

“Qazaxıstan dövlət sərhədinin hava yoluna dair bütün məhdudiyyətləri də aradan qaldırır”, – deyə məlumatda bildirilib.