Bu ölkə Ermənistan klubunun üzvlərinə viza vermədi

Bu gün “Narva Trans” (Litva) “Pünik”ə (Ermənistan) qarşı Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu keçirəcək.

Yenicag.az xəbər verir ki, bu haqda championat.com məlumat yayıb. Lakin “Pünik”in bütün üzvləri Baltikyanı ölkələrə gedə bilməyiblər. Litvanın Ermənistandakı konsulluğu Rusiya Federasiyası vətəndaşlarına – yarımmüdafiəçi Mixail Kovalenkoya və baş məşqçinin köməkçisi Roman Monarevə Şengen vizalarını verməkdən imtina edib. Nigeriyalı hücumçu Taofik Cibril də viza al bilməyib.