Parlament seçkilərində internet vasitəsilə səs verən seçicilərin sayında yeni rekord müəyyənləşib.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, internetdə milli səsvermə sistemini yaradan Estoniya öz rekordunu yeniləyib.
Məlumata görə, Estoniyada fevralın 27-də keçirilmiş parlament seçkilərində seçicilərin təqribən 25 faizi – 900 min seçicidən 247 min) internet vasitəsilə səs verib.
Estoniya bununla internet üzərindən səsvermədə özünə məxsus olan rekordu yeniləyib.
Qeyd edək ki, Estoniyada məntəqələr üzrə səsvermə martın 3-də keçiriləcək.