Sudanın bütün ərazisində elektrik enerjisi kəsilib.
Yenicag.az-ın məlumatına görə, bunu ölkənin Su Resursları, Meliorasiya və Elektrik Enerjisi Nazirliyi bildirib.
Nazirlik bildirib: “Rabak – Maskar – Sennar – Marancan – Alhasahisa elektrik xəttində baş verən qəza milli enerji sisteminin sıradan çıxmasına gətirib çıxarıb”.
Nazirlik bəyanatında qəzanın səbəbini bildirməyib, sadəcə qeyd edib ki, mütəxəssislər elektrik enerjisinin verilməsinin bərpası üzərində çalışır.