Bu ölkə işləməyən təyyarələrini Ukraynaya verir

Argentina hökuməti Parislə Fransa istehsalı olan beş ədəd “Super Etendard” hücum təyyarəsinin Ukraynaya təhvil verilməsi imkanını müzakirə edir.

Yenicag.az xəbər verir ki, bu barədə “İnfobae” portalı məlumat yayıb.

Məlumata görə, Argentina xarici işlər naziri Diana Mondino fransalı həmkarı Stefan Sejurne və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla məsələni müzakirə edib.

Tədarük planı Argentina Prezidenti Xavyer Miley tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Argentina bu təyyarələri Fransadan 2018-ci ildə alıb. Lakin Böyük Britaniyanın Folklend müharibəsindən sonra tətbiq etdiyi silah embarqosu səbəbindən Argentina ehtiyat hissələri ala bilmədiyi üçün bu təyyarələr hazırda işləmir.

COP29