Bu ölkə məktəblərdə telefonu qadağan edir

İngiltərədə məktəblilərə tədris prosesi zamanı mobil telefondan istifadə qadağan edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Təhsil Nazirliyi məlumat yayıb.

“Məktəblərə dərs vaxtı mobil telefondan istifadənin qadağan edilməsi ilə bağlı yeni təlimatlar veriləcək”, – deyə məlumatda bildirilir.

Hökumətin öyrənmədə maneələri minimuma endirmək və sinifdə şagirdlərin davranışını yaxşılaşdırmaq planının bir hissəsi olaraq bütün İngiltərədə məktəblərdə mobil telefonlar qadağan ediləcək.

 

COP29