Bu ölkə səfirlərindən Azərbaycana BAŞSAĞLIĞI – YENİLƏNDİ

11:00

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib.

“Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

***

Rusiyanın Azərbaycandakı səfirliyi ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində yazılıb.

“Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq! Allah rəhmət eləsin!” – səfirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

***

Belarusun Azərbaycandakı səfirliyi ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində bildirilib.

“Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda deyilir.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

***

Gürcüstanın Azərbaycankı səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: “Gürcüstanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirir.

Gürcüstan səfirliyi dost və qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. Bu çətin məqamda həlak olanların ailələri ilə həmdərd olduğumuzu bildiririk”.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

***

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə səfir öz “Twitter” səhifəsində yazıb.

“Dövlət Sərhəd Xidmətinin helikopterinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində 14 azərbaycanlı hərbçinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı vermək istəyirəm”, – deyə səfir bildirib.