!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu ölkə su altında qalır - VİDEO

Çinin cənubundakı Quandun əyalətində güclü yağışlar nəticəsində daşqınlar baş verib və leysan yağışların yaratdığı sel nəticəsində küçələr su altında qalıb.

Əyalətdəki fəlakət və fövqəladə hallar qrupları daşqın bölgələrinə göndərilib və Taishan, Heyuan, Zhuhai, Zhongshan və Shenzhen şəhərlərində qırmızı həyəcan siqnalı verilib.

Quandun Meteorologiya Xidmətindən verilən açıqlamada bütün əyalətdə sarı və narıncı xəbərdarlıqların edildiyi bildirilib.

Dörd çayın daşqın təhlükəsi səviyyəsini keçdiyi Quandunda risk altında olan ərazilərdə yaşayan minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Şiddətli yağış səbəbindən əyalətdə parklar və mədəniyyət obyektləri bağlanıb, bəzi əyalətlərdə uşaq bağçaları, ibtidai məktəblər və liseylərdə 2 gün müddətinə təhsil dayandırılıb. Bir çox şəhərdə qatarların hərəkəti dayandırılıb, həmçinin əyalətdə bərə xidmətləri də ləğv edilib.

Quandun Meteorologiya Xidmətinin məlumatına görə, əyalətdə güclü yağışların bu gün və sabah da davam edəcəyi gözlənilir.

www.yenicag.az

189
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100