Avstraliya Ukraynaya sülhməramlıların göndərilməsi variantını nəzərdən keçirməyə hazırdır.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marles bildirib.
“Sülhməramlılarla bağlı müraciət olarsa, biz buna müvafiq qaydada baxacağıq”, – nazir qeyd edib.
Marles əlavə edib ki, Kanberra münaqişə başlayandan Kiyevi dəstəkləyir.